Ehtiramla yad edirik

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin 8 n sinif şagirdi Badminton üzrə Azərbaycan yığma komandasının üzvü,4 qat Respublika çempionu, Beynəlxalq turnirlərin qalibi Novruzov Elşən İmdad oğlu 13.06.2021-ci il tarixində bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

14.06.2021-ci il tarixində-Son zəng günü daxil olan bu məlumat məktəb kollektivini çox sarsıtdı.Elşənin bacısı Leyla bu gün məzun olurdu.

Mərhumla vida mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,məktəb rəhbərliyi,müəllim,şagird və valideyn kollektivinin nümayəndələri ,Badminton Federasiyasının nümayəndə heyətinin üzvləri iştirak edirdilər.Medallar və diplomlarla bürünmüş cənazə hər bir insanın ürəyini sızladırdı.

Allah rəhmət eləsin,Məkanı cənnət olsun.

Dəfn mərasimini təşkil etdiyinə görə Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyinə məktəb kollektivi adından təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi