01 06.2021-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15 aprel 2021-ci il tarixli əmrinə əsasən Microsoft Teams platforması üzərində 158 və 53 nömrəli məktəblərin 5-ci sinif şagirdləri arasında professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş mən

01 06.2021-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15 aprel 2021-ci il tarixli əmrinə əsasən Microsoft Teams platforması üzərində 158 və 53 nömrəli məktəblərin 5-ci sinif şagirdləri arasında professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş məntiq və riyaziyyat olimpiadası keçirilmişdir.Olimpiadada "İntellektual" komandası 158, "Zəka" komandası isə 53 nömrəli məktəbləri təmsil edirdi.Şagirdlərə 10 riyaziyyat,10 məntiq sualları təqdim olunaraq sərbəst işləri təmin olundu.Hər iki məktəbin şagirdləri tərəfindən professor, dünya şöhrətli alim Lütfi Zadənin numunəvi həyatı və elmi yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim olundu.

Sonda 158 nömrəli tam orta məktəbin direktoru Mehriban xanım Ələkbərova,53 nömrəli tam orta məktəbin direktoru Tünzalə xanım Zeynalova məntiq olimpiadasının və məktəblərarası əməkdaşlığın əhəmiyyətindən danışaraq,şagirdləri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdilər və onlara gələcək təhsillərində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi