VI siniflərdə keçiriləcək imtahan barədə valideyn iclası

Məktəbin direktoru,direktor müavinləri,sinif rəhbərləri,o cümlədən valideynlərin iştirak etdiyi iclasda valideynlərə Bakı şəhər məktəblərinin VI siniflərdə keçiriləcək qiymətləndirmənin mahiyyəti,şərtləri haqqında ətraflı məlumat verilmişdir.Valideynlərə qiymətləndirmənin 2 ayrı gündə-ana dili və riyaziyyat fənləri üzrə aparılacağı bildirilmişdir.Qiymətləndirmə hər bir rayon üçün müəyyən edilmiş mərkəz məktəblərdə təşkil olunacaq,saat 10:00-da başlayacaq və 12:30-a qədər başa çatacaqdır.Məktəbin direktoru Ələkbərova Mehriban xanım valideynlərin diqqətinə xüsusi olaraq çatdırıl ki.əgər şagirdin qiymətləndirmədə iştirakı mümkün deyilsə (ayağın qırılması,yoluxucu xəstəliklər,uzunmüddətli müalicə məqsədi ilə ölkədən kənarda olması və s.) iştirak etməmə səbəbini təsdiq edən müvafiq sənəd (həkim arayışı,raport) müdriyyətə təhvil verilməlidir.Bu sənədlər həmin şagirdin birinci yarımil qiymətləri birgə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin inkişaf Proqramları Sektoruna təqdim edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi