"Müdrik siyasət və Qarabağ zəfəri" mövzusunda keçirilən referat yazı müsabiqəsi

08.05.2021-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilən konfransda 26 yanvar 2021-30 mart 2021-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə "Müdrik siyasət və Qarabağ zəfəri" mövzusunda keçirilən referat yazı müsabiqəsinin Bakı şəhəri üzrə qalibi 158 nömrəli tam orta məktəbin 10 C sinif şagirdi Hüseynov Ayxan Xəyal oğlu Şəhadətnamə ilə təltif edilmiş və ona həmin referat yazının yer aldığı "Müdrik siyasət və Qarabağ zəfəri" adlı kitab hədiyyə olunmuşdur.Məktəbin direktoru Mehriban xanım Ələkbərova müsabiqənin qalibi Ayxan Hüseynov və onun elmi rəhbəri tarix müəllimi Almara Məmmədova ilə görüşərək qalibi bir daha təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Daha sonra Almara Məmmədova Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən hədiyyə verilmiş "Müdrik siyasət və Qarabağ zəfəri" adlı kitabı məktəbin direktoru Mehriban xanıma təqdim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi