"Ana dili" günü

19.02.2021-ci il tarixində Bakı şəhəri 158 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Könül Nurmətovanın təşkilatçılığı ilə 1 c sinfində 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi sevək!" adlı açıq dərs keçirilmişdir. Şagirdlər ana dili haqqında şeirlər,aforizmlər söyləyərək, mahnı ifa etdilər. Dərsdə məktəbin direktoru Mehriban xanım Ələkbərova,təlim- tərbiyə işləri üzrə direktor müavini Nübar Həmzəyeva və tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova iştirak etdilər.

Məktəbin direktoru Mehriban xanım Ələkbərova Beynəlxalq Ana Dili Günü münasibətilə şagirdləri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi