Şəhidlərimizi ehtiramla anırıq

Bu gün-18 fevral 2021-ci il tarixində Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə təhsil almış 44 günlük Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn şəhid İslamov Elvin Elçin oğlunun doğum günüdür. Bu münasibətlə oxuduğu məktəbdə şəhidə həsr olunmuş guşənin qarşısında mövcud karantin qaydalarına uyğun olaraq

şəhidin xatirəsi anıilmışdır. Məktəbin direktoru Mehriban xanım Ələkbərova və Tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova şəhidin ailəsində olmuş ,daha sonra birlikdə şəhidlər xiyabanına ziyarət edərək şəhid Elvin İslamovun məzarı önünə məktəb kollektivi adından əklil qoyaraq onun xatirəsini ehtiramla yad etmişdilər.Hərbi geyimli bir neçə şagird şəhidə həsr olunmuş şeirlər söyləyərək hər zaman Vətənə sadiq olacaqlarına and içmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi