Məktəbimizin fəxrləri

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin 10 c sinif şagirdi Mirzəyeva Nərmin Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 Yanvar faciəsinin 31- çi ildönümünə həsr olunmuş Bakı şəhər ümumtəhsil müəssisələrinin şagirdləri arasında "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda keçirilən onlayn inşa yazı müsabiqəsində fərqləndiyinə görə Şəhadətnamə ilə təltif olunmuşdur. Məktəbin direktoru Mehriban xanım Ələkbərova Şəhadətnaməni Nərmin Mirzəyevaya təqdim edərək ona təhsilində və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi