"2-ci yarımilin ilk dərs günü"

01.02.2021-ci il tarixindən Bakı şəhəri 158 nömrəli tam orta məktəbin 1-4-cü sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani təhsilə cəlb olundular. "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq məktəbdə hazırliq işləri görülmüşdür.

Məktəbin görünən yerlərində-(dəhlizlərdə,sanitar qovşaqlarda və s.) COVİD-19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən posterlər qoyulmuş ,ümumi istifadə olunan ərazilərdə maska,əlcək kimi qoruyucu vasitələr üçün tullantı qutuları yerləşdirilmişdir.Sinif otaqlarında və dəhlizlərdə sosial məsafənin (ən azı 1,5 m) gözlənilməsi üçün işarələr yerləşdirilmişdir.Şagirdlər və müəllimlər təmassiz termometr vasitəsilə bədən hərarəti yoxlanıldıqdan sonra məktəbə daxil olur, təhsilverənlər və texniki heyət tibbi maskalardan,üz sipərindən və digər qoruyucu vasitələrdən istifadə edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi