Fəxr edirik sizinlə, məktəbimizin məzun igid oğulları !

Vətən səngərdən başlayır. Bu gün bu kəlmə ürəklərdə bəslənən Vətən sevgisindən xəbər verir. Babalarımızdan miras qalan Ana Yurdu göz bəbəyi kimi qorumağı qarşısında məqsəd qoyan igid oğullarimızdan biri də məktəbimizin məzunu Eyvazlı İbrahim İlham oğludur. 1998-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuş, 2005-ci ildə Bakı şəhəri 158 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoymuş, 2016-cı ildə tam orta təhsilini  bitirərək elə həmin il həqiqi hərbi xidmətə çağırılan İbrahim 2018-ci ilə kimi Goranboyda hərbi xidmət edərək düşmənlə üz-üzə Vətənin keşiyində dayanmışdır. Xidmət etdiyi dövrdə çevikliyi, cəldiyi ilə ilk günlərdən rəhbərliyin diqqətini çəkmiş və snayperçi-kəşfiyyatçı kimi təlimlərini davam etdirmiş və məşğələlərdə fəal iştirak etmişdir.
2020-ci ilin sentyabrında Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq orduya yazılmış və cəbhənin bir çox istiqamətlərində döyüşlərdə olmuşdur. Ali Baş Komandan İlham Əliyev cənablarının 2-ci Xirosiması adlandırdığı,ən çox minalanmış ərazi hesab olunan Ağdam rayonunda xidmət etmiş, hal-hazırda Murovdağ istiqamətində hərbi xidmətini şərəflə davam etdirir.
Nümunəvi xidməti ilə həm komandirlərinin, həm də dostlarının böyük rəğbətini qazanmışdır. "Qarabağ Azərbaycandır!" devizi altında Ali Baş Komandanın əmrinə hazır olan qorxmaz və məğrur Azərbaycan əsgəri Eyvazlı İbrahim İlham oğlu döyüş tapşırığında əldə etdiyi yüksək nəticəsinə, ictimai-siyasi hazırlıq üzrə keçirilən tədbirlərdə fəal iştirakına və nümunəvi hərbi intizamına görə Fəxri Fərmanla təltif olunmuşdur. Üzərinə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşən qəhrəmanımız bu vəzifənin həm də mənəvi borc olduğunu yaxşı bilir.
Güclü Azərbaycan Dövlətinin və müzəffər Azərbaycan ordusunun şanlı əsgəri,unutma ki, bütün fəth etdiyin zirvələrdən sən yüksəkdəsən, səndən də yüksəkdə üçrəngli müqəddəs bayrağimızdır, onun kölgəsi isə bizim Vətəndir. Vətəninə sahib çıxan oğullar, Allaha əmanət olun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi