20 Yanvar faciəsinin otuzuncu ildönümü qeyd edilib

       20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə yanvarın 17-də saat 08:00-da pedaqoji heyətin və şagirdlərin iştirakı ilə 158 №-li tam orta məktəbin həyətində ümumi toplantı keçirildi. Toplantı Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütöblüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Ələkbərova Yanvar hadisələrini milli azadlıq hərəkatının zirvəsi olduğunu, bu hadisələr zamanı həlak olan insanların isə əsil vətənpərvərlər olduğunu xüsusi olaraq qeyd etdi. 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verən tarix müəllimi Mətanət Əliyeva 20 Yanvar günlərini xatırlayaraq bildirdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

        “20 Yanvar faciəsinin otuzuncu  ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq  bütün siniflərdə xüsusi  dərslər keçirildi. Yanvarın 17-də saat 13:30-da  məktəbin akt zalında 20 yanvar faciəsinə həsr edilmiş anım tədbir keçirildi. Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən tərbiyə işləri üzrə direktor müavini Qabil Nəsibov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd etdi. O, çıxışında xüsusi oaraq qeyd etdi ki, baş vermiş qanlı olaylardan dərhal sonra bütün çətinliklərə baxmayaraq xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və bəyanatla çıxış etdi. Ümummilli lideri Heydər Əliyev bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırdı.

     Sonda 20 yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirildi.

     Şagirdlər faciəyə həsr etdikləri ədəbi-bədii kompozisiyalar ilə tədbir iştirakçıları qarşısında çıxış etdilər.

     20 Yanvar faciəsinin otuzuncu ildönümü ərəfəsində məktəbəqədər hazırlıq siniflərinin və 4D sinfin şagirdləri sinif rəhbəri Zeynalova Elnarənin rəhbərliyi altında Şəhidlər xiyabanını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi