“Valideynin məktəbdə bir günü” adli layihə çərçivəsində görüş keçirilib

      Bakı şəhəri Yasamal rayon 158 №-li tam orta məktəbdə 18.12.2019-cu il tarixində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş keçirildi. Görüşdə məktəbin pedoqoji kollektivi və valideynlər iştirak etdilər. Direktorun tərbiyə işləri üzrə müavini Qabil Nəsibova tədbiri açıq elan edərək layihənin əhəmiyyəti barədə danışmaq üçün sözü məktəbin direktoru Mehriban Ələkbərovaya verdi.  M.Ələkbərova çıxışında qeyd etdi ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin etməklə yanaşı müəllim – valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır.

     Tədbirin proqramına uyğun olaraq seminarda məktəbin direktoru Mehriban Ələkbərova şagird-müəllim-valideyin münasibətlərinin hərtərəfli müzakirə edilməsi, fikir mübadiləsi yolu ilə ortaq məxrəcə gəlinməsini valideyinlərdən xahiş etdi. İlk öncə direktorun tədris (təlim-tərbiyyə) işləri üzrə müavinləri Xalidə Mustafayeva,  Qərənfil Bəxtiyarova və Nübar Həmzəyeva şagirdlərin il ərzində tədrisdən əldə etdikləri nailiyyətlər haqqında valideynləri məlumatlandırdılar. Valideynlər məktəb mühitinə göstərə biləcəkləri töhfələr barədə fikirlərini bildirdilər. Onların təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

     Daha sonra valideynlər məktəb mühiti ilə tanış oldular, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Siniflərdə təşkil olunmuş nümunəvi dərslər dinlənildi.

    Görüşün sonunda 2019-2020-ci tədris ilinin əvvəlindən təhsildə və idman sahəsində naliyyətlər əldə etmiş şagirdlər təltif olundular. Məktəbdə keçirilən tədbirlərdən nümunələr və ədəbi-bədii kompazisiyalar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi