“Narkomaniyaya yox deyək”  mövzusunda maarifləndirici tədbir keçirildi.

     2019-cu ilin dekabr ayının 13-də 158 №-li tam orta məktəbinin akt zalında yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə  rayon prokurorluğu, polis idarəsi narkoloji dispanserlə birlikdə “Narkomaniyaya yox deyək”  mövzusunda tədbir keçirildi. Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.

     Məktəbin direktoru Mehriban Ələkbərova qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Mehriban Ələkbərova çıxışında qeyd etdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunmasında məktəbin xüsusi rolu var. Şagirdlərin milli və müasir ruhda tərbiyəsi pedaqoji heyətin qarşısında duran ən başlıca məsələlərdəndir.

     Yasamal Rayon Prokurorunun köməkçisi Azad Əliyev “Məktəbli şagirdlərin cinsi tərbiyəsi”, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Nəbi Nəcəfov “Narkomaniya ümumbəşəri bəladır”, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Mübariz Cəfərov “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, "İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə", Bakı şəhər Narkoloji Dispanserin həkimi Fəzail Sadıqov “Narkomaniya cəmiyyətin düşmənidir” mövzularında çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verdilər. Çıxış edənlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətdə ağır fəsadlar yaratdığını bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çıxışçılar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğuladılar.

     Sonra tədbir diskussiya şəkilində davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi