Məktəbdə Heydər Əliyevin “Anım Günü” keçirilib

     Ümummilli  Lider  Heydər Əliyevin Anım Günü münasibəti ilə dekabrın 11-də 158 №-li tam orta məktəbdə  tədbir keçirilib.

Pedaqoji heyətin, şagirdlərin və valideyinlərin də iştirak etdikləri tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və  respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
     Tədbirlərdə çıxış edən məktəbin direktoru Mehriban Ələkbərova Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. Cıxışında qeyd edilib ki, Azərbaycan tarixinə adı qızıl həriflərlə yazılan dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər və müstəqilliyimiz dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin hərtərəfli inkişafı üçün bütün həyatını bu işə sərf edib. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bu gün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.

      Tədbirdə Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.
      Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi