Monitorinq qiymətləndirmə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VIII və IX sinif şagirdlərinin Tədris dili, Riyaziyyat və İngilis dili  fənlərindən bilik və bacarıqlarının monitorinq qiymətləndirilməsi həyata keçirilir. Monitorinqdə şagirdlərə Tədris dili, Riyaziyyat və İngilis dili fənləri üzrə ümumilikdə açıq və qapalı tipdə olmaqla 85 tapşırıq təqdim olunub. Tapşırıqlar Azərbaycan və rus bölmələri üçün iki variantda hazırlanmışdır. Şagirdlərə tapşırıqların icrası üçün 90 dəqiqə vaxt verildi

Monitorinqin keçirilməsində əsas məqsəd Tədris dili, Riyaziyyat və İngilis dili fənləri üzrə şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!
Monitorinqlərin təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi