“Heydər Əliyev 100” adlı tədbir

Bu il Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi tamam olur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bugünki müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında  göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür.

Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa  bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman  anılır və əziz tutulur.

5 may tarixində 154 nömrəli tam orta məktəbdə Ulu öndərin xatirəsinə həsr edilmiş “Heydər Əliyev 100” adlı tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, Suraxanı Rayon Yeni Azərbaycan Partiyasının baş məsləhətçisi Nərgiz Çıraqova, Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik xidmət şöbəsinin aparıcı mütəxəssisi Cəlalə Yahyalı, Əmircan qəsəbəsinin  Bələdiyyə sədri Cəmilə Ağayeva və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Firəngiz Məlikbəyli qonaq qismində iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi