20 Yanvar

  “Xabad Or-Avner” məktəbində keçirilən  tədbir

20 Yanvar faciə qurbanlarının Anım Gününə həsr olunmuşdur.Yanvarın 19-da “Xabad Or-Avner” Bakı yəhudi məktəbində 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Sonra  isə Azərbaycanın müstəqillik uğrunda mübarizəsindən, həmçinin Ulu Öndər Heydər Əliyevin  və Azərbaycanın Respublikasının  Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.Tədbir çərçivəsində Bakıdakı “Xabad Or-Avner” məktəbinin şagirdləri 20 Yanvar faciəsindən danışmış, xalqın igid övladlarının şücaətlərindən bəhs edən şeirlər söyləyərək  Azərbaycan qəhrəmanlarına öz ehtiram və minnətdarlıqlarını bildirmişlər.

   “Xabad Or-Avner” məktəbinin direktoru Zəkay Şayev çıxış edərək bildirdi ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra onun qərarı  ilə 1990-cı il faciəsi olan 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.Ölkənin iqtisadi və hərbi inkişafı üçün geniş imkanların  yaradılmasına görə Heydər Əliyev xüsusi hörmətə layiqdir. Hal-hazırda  Prezident İlham Əliyev də  bu işi uğurla davam etdirir.Bu gün ölkə təkcə Cənubi Qafqazda deyil, həm də postsovet ölkələri arasında ən çiçəklənən ölkələrdən birinin olduğu danılmaz faktdır. Üstəlik, Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa etmişdir.

Ümummilli liderin Azərbaycan xalqının tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi xarakterizə etdiyi 20 Yanvar hadisələri müasir Azərbaycanın inkişafında, xalqının milli kimliyində əsas məqam oldu. Biz yaşlı nəslin nümayəndələri və bu hadisələrin  iştirakçıları qanlı faciə haqqında məlumatları gənc nəslə ötürməkdə məsuliyyət daşıyırıq. Onların təkcə 20 Yanvar şəhidlərini deyil, Birinci və İkinci Qarabağ müharibələrində həlak olanların hamısını yad etmələri və onlara ehtiramlarını bildirmələri vacibdir”, - deyə Z.Şayev qeyd edib.Sonra isə  Azərbaycanın Avropa Yəhudi İcmasının baş ravvini Şneor Seqal çıxış edib. Vətən uğrunda canlarından keçənlərin şərəfinə anım duası oxunub.

    Beləliklə, Bakıdakı yəhudi məktəbində keçirilən tədbir tarixi yaddaşın və qəhrəmanlara ehtiramın qorunub saxlanmasının vacib olmasını bir daha xatırlatdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi