31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

31 mart 2016-cı il tarixdə 151 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri Azərbaycanların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən anım tədbirində iştirak etdilər. Tədbirdə əvvəlcə soyqırım qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Respublika Veteranlar təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlardan danışdı. Bildirdi ki, 1905-1907-ci illərdə Bakıda və Azərbaycanın digər bölgələrində, habelə indiki Ermənistan ərazisində xalqımıza qarşı qanlı qırğınlar həyata keçirilib. Ermənilər Bakıda soyqırımı törətməyə 1918-ci ilin yanvarında cəhd etsələr də, onların bu planı baş tutmayıb. Lakin erməni şovinistləri bu məkrli niyyətlərini 1918-ci ilin martında həyata keçirərək on minlərlə günahsız insanı qətlə yetirdilər. Soyqırımının ildönümləri 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. D.Rzayev diqqətə çatdırıb ki, bu qanlı cinayətlərə görə layiqli cəzalarını almayan ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərində daha bir qanlı qırğın törədərək yüzlərlə azərbaycanlını qətlə yetirdilər, şəhəri yerlə-yeksan etdilər. Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Oqtay Şahbazov tədbirdə çıxış edərək xalqımızın başına gətirilən soyqırımı hadisələrindən danışıb, bu qanlı faciələrə əsl hüquqi qiymətin məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırırdı. Bu tədbirin keçirilməsinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, tarixin həqiqətlərinin bir daha yada salınmasında yüksək rolu oldu. Sonda Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə veteranlara göstərilən diqqət və qayğıya, veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə O.Şahbazov “Veteran həmrəyliyi” medalı və “Veteranların qayğıkeşi” diplomu ilə təltif olunub. Tədbirdə, həmçinin ehtiyatda olan polkovnik İsmayıl Ələkbərova da “Veteran həmrəyliyi” medalı təqdim edildi. Vətənimizin müdafiəsində misilsiz rəşadətlər göstərmiş veteranlara hörmət və ehtiram göstərmək hər birimizin borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi