19.03.2016-cı il tarixdə məktəbimizin müdiriyyəti və bir qrup müəllimləri Novruz bayramı münasibəti ilə təşkil edilən növbəti tədbirlərdən birini Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş "Ümid yeri" körpələr evində keçirdi. Məktəb kollektivinin şəxsi təşəbbüsü ilə təşkil edilən Novruz hədiyyələri uşaqlara paylanıldı və uşaqlar bayram süfrəsinə dəvət olundular. Müəlim kollektivinin təbrikləri uşaqlarda bayram əhval ruhiyyəsi yaratdı. Onların körpə qəlblərinin sevincini qismən də olsa oxşaya bildik.