"Ölkəmizi tanıyaq" adlı tur-aksiya
151 №-li tam orta məktəbin 10a sinif şagirdləri Xudakişiyeva Həbibə və Əliyeva Əzizə yaz tətili günlərində "Ölkəmizi tanıyaq" adlı tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonunun digər məktəbliləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Bu səfər ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonları ilə tanışlıq məqsədi ilə təşkil edilmişdir. Tur-aksiya iştirakçıları Naxçıvanın gəzməli-görməli yerləri ilə yaxından tanış olmuşlar. Onlar Şahbuz, Kəngərli rayonlarının, Naxçıvan və Ordubad şəhərlərinin tarixi, milli-mədəniyyət nümunələri ilə tanış olmuşlar. Həmçinin, Dövət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Universiteti, orta məktəblər və bir sıra tarixi abidələr ilə tanış olmuşlar. Məktəblilərimiz dövlət başçısı İlham Əliyevə yaradılan şəraitə görə öz dərin minnətdarlıqlarını bildirərək unudulmaz təəssüratlarla paytaxta dönmüşlər.