"Novruz milli-mənəvi dəyərimizdir" mövzusunda dəyirmi masa keçirildi
15.03.2016-ci il tarixdə 151 nömrəli tam orta məktəbin kitabxanasında "Novruz milli-mənəvi dəyərimizdir" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri Azərbaycan dili və ədəbiyyat müəllimi Solmaz Süleymanova təşkil etmişdir. Müəllim ilk öncə Novruz bayramının tarixindən danışdı. O bildirdi ki, Novruz bayramı qədər insanların arzu-istəkləri, etiqadlarını nümayiş etdirəcək ikinci bir bayram bəlkə də olmamışdır. Çünki yaz həyatdır, canlıdır, o yalnız insanlara deyil, bütün aləmə-təbiətə, heyvanlara, bitkilərə can verir, dirildir. Hər şeydən əvvəl isə birlik bayramıdır. Şagirdlərdən Arzu və Xuramanın Novruzla bağlı dialoqu dinlənildi. Əliyeva Fidan "Su çərşənbəsi" haqqında məlumat verdi. Xuraman Əliyeva "Od çərşənbəsi" haqqında geniş və maraqlı fikirlərini söylədi. Əliyeva Fidan "Yel çərşənbəsi"nin xeyirli və etiqadla bağla xüsusiyyətlərini söylədi. Məmmədli Günay "Torpaq çərşənbəsi"nin xüsusiyyətlərini şagirdlərlə birlikdə müzakirə etdi. Çıxış edən qızlar "Hakışda" xalq mahnılarını ifa etməklə tədbiri daha da maraqlı etdilər. Növbəti çıxışlarda aşağıdakı şagirdlər müxtəlif tərbiyəvi söhbət və çıxışları ilə diqqəti cəlb etdilər: 1. Lamiyə "Xeyirxahlıq nədir?"; 2. Günay "Qayğıkeşlik etməliyik"; 3. Gülarə "Yas mərasimləri"; 4. Arzu "Qonaqpərvərlik xalqımızın adətidir"; 5. Aytac "Böyüklərə hörmət etmək borcumuzdur"; 6. Fatimə "Nəzir-niyaz" haqqında çıxış etdilər. Tədbirin sonunda "Dəli Kür" və "Yeddi oğul istərəm" filmlərindən kiçik parçalar nümayiş etdirildi. Eyni zamanda məktəbin Azərbaycan dili müəllimi Rüstəmova Firuzə Hümbət qızınının VI b sinfində açıq dərs keçirildi . Dərsdə məktəbin direktoru ,dərs hissə müdiri ,məktəbin Azərbaycan dili müəllimləri iştirak edirdi.Sinifdə 12 şagird iştirak edirdi. Açıq dərsin mövzusu Məmməd Rahimin “Bahar gəlsin “şeiri idi. Şagirdlər açıq dərsdə fəal iştirak etdilər.Açıq dərsin müzakirəsi kecirildi,rəhbərlik və fənn müəllimləri dərslə bağlı öz fikirlərin bildirdilər.