Qızlar arasında gigiyenik qaydalara əməl olunması mövzusunda təlim keçirildi
Martın 1-də "Libresse" şirkətinin nümayəndələri məktəbin VI-XI sinif qızları ilə keçid dövründə baş verən fizioloji və psixoloji dəyişikliklər və gigiyena qaydalarına həsr edilmiş təlim keçdilər. Təlimdə həkim Əhmədova Sara qızlara geniş məlumat verərək onların suallarını ətraflı cavablandırdı. O qeyd etdi ki, gigiyena qaydalarına düzgün riayət edilməməsi xoşagəlməyən xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Sonda qizlara "Libresse" şirkəti tərəfindən hədiyyələr təqdim olundu.