Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 fevral 2016-ci il tarixli 78 nömrəli əmrini və həmin əmrlə təsdiq edilmiş Tədbirlər Planını rəhbər tutaraq 151 nömrəli tam orta məktəbdə "Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş Tədbirlər Planı" hazırlanmış və Plana əsasən silsilə tədbirlər həyata keçirilmişdir. 19 fevral tarixində məktəblilərin Xocalı soyqırımına həsr olunmuş əl işlərindən ibarət sərgi və divar qəzetləri nümayiş etdirilmişdir. 24-25 fevral tarixlərində dəyirmi masalar təşkil olunmuş və açıq dərslər keçirilmişdir. 25-26 fevral tarixlərində məktəbin müəllim və şagird kollektivi "Ana fəryadı" abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Həmin gün məktəbdə "Xocalı harayı" adlı tədbir keçirilmişdir. Tədbirdə faciəni əks etdirən hadisələr 1a, 4b və 8a sinif şagirdləri tərəfindən səhnələşdirilmiş, soyqırıma aid şeirlər söylənilmiş, hadisələri əks etdirən videoçarxlar nümayiş olunmuşdur. Sonda məktəbin direktoru Kifayət Tanrıverdiyeva tədbir iştirakçılarına minnətdarlıq edərək, bu tədbirin şagirdlərin vətənpərvər ruhda böyüməsində böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.