"Öyrən və öyrənməyə kömək et!"
17 fevral 2016-cı il tarixdə 151 nömrəli tam orta məktəbin direktoru Kifayət Tanrıverdiyeva "Öyrən və öyrənməyə kömək et!" layihəsində iştirakına görə sertifikat almışdır. Sertifikatların təqdimetmə mərasimi Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda baş tutmuşdur. Mərasimdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, İnsitutun direktoru Qulu Novruzov, Fransanın Azərbaycandakı səfirliyinin və İnsitutun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri iştirak edirdi. Qulu Novruzov çıxışında İnstitutla Fransa Təhsil Akademiyası və "Cilarom" Təhsil Assosiyasiyası ilə əməkdaşlığından söz açdı. Daha sonra xanım səfir sertifikatları layihə iştirakçılarına təqdim edərək layihədə uğurlu iştirakları münasibəti ilə təbrik etdi.