Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi
29 yanvar 2016–cı il tarixdə məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasın gündəliyində olan məsələlərlə bağlı məruzələr dinlənildi, arayışlar təqdim edildi. İlk olaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mənsim Həsənov 2015-2016-cı tədris ilinin I yarımilinin yekunları və II yarımildə qarşıda duran öhdəliklər barədə hesabat verdi. Sonra məruzələr və arayışlar ətrafında çıxışlar oldu, fikir mübadiləsi aparıldı. Sonra Pedaqoji Şura iclasının qərarı səsləndirildi, münasibət bildirildi və qərar yekdilliklə qəbul edildi. Məktəb rəhbərliyi tərəfindən müəllimlərə müvafiq tapşırıqlar və tövsiyələr verildi.