“Beynəlxalq tolerantlıq günü”nə həsr edilmiş tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəl məktəbin açılış mərasimindəki nitqindən irəligələn vəzifələrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərtib etdiyi “Fəliyyət planı”na və ona müvafiq olaraq Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə tərtib edilmiş “Tədbirlər planı”na uyğun olaraq “Beynəlxalq tolerantlıq gününə” həsr edilmiş tədbirlər hazırlanıb həyata keçirilmişdir. 24.11.2015-ci il tarixdə məktəbin tarix müəllimi M.İsmayılovun rəhbərliyi altında şagirdlər arasında “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə bu mövzu barədə şagirdlərin fikirləri dinlənilmiş, müəllim tərəfindən onların bu mövzu barədə dünyagörüşünün zənginləşdirilməsi işi aprılmışdır. 21.12.2015-ci il tarixdə məktəbin tarix müəllimi Q.İbrahimxəlilovanın “Azərbaycan - nümunəvi tolerant ölkədir” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə ölkə rəhbərliyinin bu sahədə apardığı yüksək səviyyəli işlərdən, ölkədə bütün müxtəlif dinlərə məxsus insanların bərabər səviyyəli dini təriqətlə məşğul olmalarından danışılmışdır. 24.12.2015-ci il tarixdə X-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat müəllimi S.Süleymanovanın rəhbərliyi ilə “Tolerantlıq haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi keçirilmişdir. Yazılar təhlil edilmiş, nəticələr şagidlərə çatdırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi