Ulu öndər Heydər Əliyevin anım günü

12 dekabr 2003-cü il: bu təqvim Azərbaycan xalqının yaddaşına dərin bir hüzn günü kimi daxil olunmuşdur. Artıq 12 ildir ki, xalqımız bu günü anım günü kimi Fəxri Xiyabana axışaraq öz ehtiram və sədaqətini dahi şəxsiyyətin məzarı önünə qərənfillər və əklillər qoyulmaqla bildirirlir. Heydər Əliyev həmişə xalqımızın yaddaşında yaşayacaq. Gənc nəsil Heydər Əliyev irsinin öyrənilməsində daim fəallıq göstərir, qurucusu olduğu Azərbaycanın müstəqilliyini qorumaq üçün onun irsi daim öyrənilməlidir. Ulu öndər Heydər Əliyevin anım günü 151 nömrəli tam orta məktəbdə də qeyd edilmişdir. Məktəbin akt zalında şagirdlər, valideynlər və müəllimlərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin ədəbiyyat müəllimi Xuraman Babanlı açmışdır. O demişdir: "Ümummilli liderimiz, müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqının qəlbində özünə əbədi tarix qurmuş bu böyük siyasi xadim Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir insanlardandır. Bu şəxsiyyət bugünkü Azərbaycanın memarı, müstəqil dövlətin yaradıcısı, 3 rəngli bayrağımızın vüqarla dalğalandığı məmləkətimizin həmişə yaşar vətəndaşıdır." Tədbirdə iştirak edən 10-cular ümumilli lider Heydər Əliyev haqqında müxtəlif şeirlər söyləmiş, slaydlar nümayiş etdirmiş, onun həyat və fəaliyyəti haqqında məlumatlar vermişlər. Son nəfəsinədək özünü xalqa, vətənə həsr edən ümummilli lider Heydər Əliyev bu gün də qəlblərdə yaşayır və daim də yaşayacaqdır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi