General Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyi
General Səməd bəy Mehmandarov - Azərbaycanın böyük oğlu, Rusiya imperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri olmuşdur. Deyilənə görə o, ən qorxunc döyüşlərdə də soyuqqanlılığını qoruyub saxlamağı bacarırmış. Qorxmazlığı dillər əzbəriymiş. Səməd bəy Mehmandarov ədalətli və düzgün adamları qiymətləndirir, saxtakarlara qarşı amansız olarmış. O üzdən tabeçiliyində olanlar ondan çəkinər, ancaq onu sevər, ona inanarmışlar. Məktəbimizdə Səməd bəy Mehmandarovun 160 illiyi ilə əlaqədar tərtib olunmuş tədbirlər planına əsasən 18 dekabr 2015-ci il tarixdə geniş tədbir keçirilmişdir. Tədbiri məktəbin tarix müəllimi Q.İbrahimxəlilova açmış və müharibə qurbanlarının, şəhidlərimizin, elecə də faciə qurbalarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları Səməd bəy Mehmandarovun həyat və fəaliyyətini, mərhələ-mərhələ maraqlı məlumatlar verərək işıqlandırırmışlar. Məktəbin 8a sinif şagirdi Məmmədov Abid - “İgid əsgər, möhkəm dayan!” və “Qalx, qalx, ulu torpaq!” mahnılarını, 10a sinif şagirdləri Xudakişiyeva Həbibə, Süleymanlı Emil, İsmayılzadə Ülvi “Hay ver mənə, cənab leytenant!” mahnısını ifa etmişlər.5a sinif şagirdləri Həsənov Tural və Həmidli Xalid “Qalx ayağa, Azərbaycan, səninləyəm” şeirlərini çox böyük vətənpərvər hislərlə söyləmişlər. Şagirdlər tərəfindən Səməd bəy Mehmandarov haqqında görüntülər izlənilmişdir. 2a sinif şagirdləri böyük ruh rüksəkliyi ilə “Əsgər marşı”nı ifa etmişlər. Sonda məktəbin direktoru K.Tanrıverdiyeva müstəqil Azərbaycan oğullarının igidliyi və qəhrəmanlıqları haqqında geniş məlumat verərək vətənpərvər oğulların igidliyi sayəsində işğal olunmuş torpaqlarımızın azad olunacağı və bir milyondan artıq qaçqın v əməcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacaqlarını söyləmişdir. Biz buna əminik!