"Uşaqlar və yol təhlükəsizliyi" layihəsi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3 sentyabr 2015-ci il tarixli əmrinə əsasən Respublika ərazisində cari ilin 10 sentyabr-10 oktyabr tarixlərində"Diqqət uşaqlar!" adı altında yol hərəkəti qaydalarının təhlükəsizliyi aylığı kecirilmişdir. "Diqqət, uşaqlar!" adı altında keçirilən yol hərəkəti qaydalarının təhlükəsizliyi aylığının davamı olaraq,16 dekabr 2015-ci il tarixdə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında "Yol hərəkət qaydaları və mən" adlı növbəti tədbir keçirilmişdir. Tədbirdə dörd nominasiya üzrə 4 məktəb iştirak etmişdir. I - "Öyrən, bacar, əməl et!" - Yol hərəkəti qaydalarına həsr olunmuş viktorina. II - "Sonra, sonra, sonra" - Yol hərəkəti qaydalarına aid suallara cavab. III - Yol hərəkətinə aid musiqi nömrəsi və səhnəcik. IV - Uşaqlar tərəfindən elektron variantda hazırlanmş təqdimat. Tədbirdə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru Mehriban Muğalova, şöbə müdiri Fəridə Süleymanova, Baş Dövlət Yoı Polisi İdarəsinin polis mayoru İsa Deyistani, Məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev iştirak etmişlər. Sonda şagirdlər münsiflər heyəti tərəfindən diplomlar və fəxri fərmanlarla təltif edilmişlər. Məktəbimizin şagirdləri - İbadova Humay Əlvan qızı (8a sinfi, rəsm nominasiyası üzrə I yer), İsgəndərli Nəzrin Eldar qızı (8b sinfi, rəsm nominasiyası üzrə fəal iştirakına görə) və məktəbimizin komandası (komandanın təkibi: Əlizadə Nihat - 3b, Rəhimova Nuray - 4b, Əliyev Zahid - 5b, Məmmədov Müşviq - 5b, Məmmədov Çingiz - 6a, Əlizadə Zəhra - 7a, Əliyev Rza - 6a) 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin I dərəcəli diplomlarına layiq görülmüşlər. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhərinin təhsil müəssisələrində birgə həyata keçirdiyi "Uşaqlar və yol yəhlükəsizliyi" layihəsində fəal iştirakına görə adları aşağıda çəkilən müəllimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplomla təltif edilmişlər. 1. Qafarova Mahirə Cavad qızı - direktor müavini; 2. Abdullayeva Məlahət Hidayət qızı - ibtidai sinif müəllimi və 3. Alıyeva Şəhla Mahmud qızı - ibtidai sinif müəllimi. Məktəbimizin həmin müəllimləri Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən uşaqlarla bağlı nəqliyyat hadisələrinin profilaktikası üzrə 26-27 noyabr 2015-ci il tarixdə keçirilən müsabiqədə iştiraklarına görə də Fəxri Fərmanla təltif olunmuşlar. Məktəb kollektivi tərəfindən onları təbrik edirik. Məktəbimizdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi və təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində profilaktiki tədbirlərin davamlı olaraq aparılması nəzərdə tutulmuşdur.