Cəmşid Naxçıvanskinin 120 illik yubileyi

“Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən sərkərdə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti ilə bağlı IX-XI siniflərdə söhbətlər təşkil edilmişdir. Həmçinin, məktəb kitabxanasında “Cəmşid Naxçıvanski istedadlı sərkərdə və ictimai xadim” mövzusunda dəyirmi masa keçirilmişdir. 3 dekabr 2015-ci il tarixdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə təşkil edilmişdir. Gecədə şagirdlər, müəllim və valideynlər iştirak etmişlər. Məktəbimizin tarix müəllimi Qeydafə İbrahimxəlilova Cəmşid Naxçıvanskinin bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçməsi və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verməsi haqqında geniş məlumat vermişdir. Cəmşid Naxçıvanskinin ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirə layiq görülmüşdür. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır represiyasına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir. Tədbirdə Cəmşid Naxçıvanskinin tərcümeyi-halı, hərbi xidmətə başlaması, Azərbaycan Xalq Cumhuriyyəti dövründə hərbi fəalliyəti, Sovet ordusu sıralarında hərbi xidməti, repressiyaya məruz qalması, güllələnməsi və təltifləri məktəblilər tərəfindən geniş işıqlandırılmışdır. Tədbirdə məktəbimizin şagirdləri müxtəlif şeirlər və musiqi nömrələri ilə çıxışlar etmişlər. Sonda şagirdlərə video-film nümayiş etdirilmişdir. General Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnək olaraq qalacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi