"Ekoloji təqvim", "Qırmızı Kitab" və "Qoruqlar" adlı şagird təqdimatları keçirildi
“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında “Yaşıl planet” tədqiqatçılar briqadasının üzvlərinin səmərəli fəaliyyətləri davam edir. Əvvəlcə briqada üzvlərindən 7b sinif şagirdləri Axundava Fidan və Qasımova Aysun tərəfindən hazırlanan təqdimat oldu. Sonra təbii canlı laboratoriya sayılan, müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri mühafizə olunan “Qoruq və Yasaqlıqlar” haqqında kitabçanın təqdimatı oldu. 8a sinif şagirdi N.Abdullayeva tərəfindən hazırlanan Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və mədəni bitki növlərinin vəziyyətini əks etdirən “Qırmızı Kitab” və 8a sinif şagirdi G.Gözəlova tərəfindən hazırlanan “Ekoloji təqvim” və “Haray” rəsminin təqdimatı keçirildi. Təqdimatlar iştirakçılar tərəfindən çox maraqla qarşılandı və Azərbaycanın zəngin təbii sərvətlərə malik olması bir daha vurğulandı. Briqadanın üzvlərindən olan 8a sinif şagirdi A.Kərimov öz araşdırmaları nəticəsində əldə etdiyi maraqlı suallardan istifadə edərək, sinif yoldaşları arasında “Bioloji terminlər” adlı viktorina keçirdi. Viktorina iştirakçıların çox böyük marağına səbəb oldu. Viktorinada fəal iştirak edən şagirdlər və maraqlı təşəbbüsünə görə A.Kərimov rəhbərlik tərəfindən “Tərifnamə”yə layiq görüldü.