Ədəbi-bədii kompozisiya keçirildi
Məktəbdə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək və istedadları üzə çıxarmaqdır.
Layihə çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə İsmayılovanın təşkilatçılığı ilə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.