Kitablarla tanışlıq
Məktəbdə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək və istedadları üzə çıxarmaqdır.
Layihə çərçivəsində kitabxanaçı Bahar Hacıyevanın təşkilatçılığı ilə Məhəmməd Füzulinin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq təşkil edilmişdir.