Qohumlararası nigahların fəsadları
Sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə IX siniflərdə sinif təşkilat saatlarında oğlan və qızlara ayrı- ayrılıqda məktəbin həkimi, tibb bacısı və psixoloqun iştirakı ilə "Qohumlararası nigahların fəsadları" adlı dərslər təşkil edildi. Ailə qurmağın fiziki, psixoloji və maddi problemləri izah edildi. Yeniyetmələr ailənin funksiyaları və qohumlararası nigahların fəsadları haqda məlumatlandırıldılar.