Şagirdlərin peşə marağının öyrənilməsi
Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoyur. Şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəlməsi məqsədi ilə 9-cu siniflərdə məktəbin psixoloqu Bahar Qasımova sorğu keçirdi.
Müxtəlif ixtisaslar haqqında geniş məlumat verildi və şagidlərin sualları cavablandırıldı.