Naxçıvan abidələri

Azərbaycanın tarixində xüsusi yeri olan Naxçıvan qədim abidələrlə zəngindir. Bu diyarda hər daşın, hər qayanın altında Azərbaycan xalqının zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan abidələr yatır. Məmləkətimizin ayrılmaz bir parçası olan bu diyarda  ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, ən mükəmməl memarlıq incilərinə rast gəlmək olar. Məktəbin coğrfiya müəllimi Arzu Babayeva Naxçıvan abidələri haqqında şagirdlərə geniş məlumat verdi. O qeyd etdi ki, Naxçıvanda 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur ki, onların da 58-i dünya əhəmiyyətli sayılır.

Sonda Naxçıvan abidələrinə həsr olunmuş film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi