“Yaşıl sinif” də dərs
“Təbiəti qoruyanlar” layihəsi çərçivəsində “Toxumların cücərdilməsi” mövzusunda dərs təşkil edildi.
Təbiət müəllimi Afət Güləliyevanın təşkilatçılığı ilə təcrübə dərsi V “B” sinfində keçirildi.
Toxumların cücərməsində suyun temperaturun və havanın böyük rolunun olması xüsusilə qeyd edildi. Müxtəlif toxumaların cücərməsi üçün lazım olan şərait haqqında geniş məlumat verildi. Şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi, təcrübələr nümayiş etdirildi.