İdman nailiyyətləri olan idmançılarla görüş keçirildi
Şagirdlərin sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşməsi məqsədi ilə “İdmansevərlər” layihəsi çərçivəsində idmançılarla görüş keçirildi.
İdmançılar məşğul olduqları idman növü üzrə qazandıqları nailiyyətlərdən danışdılar.
Görüş şagirdlərin böyük marağına səbəb oldu.
Sonda şagirdlərin müxtəlif idman növləri üzrə məlumat əldə etməsi məqsədilə maarifləndirici videosüjetlər nümayiş etdirildi.