Valideynlər üçün seminar keçirildi
Qeyri sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına nə yaşadığı cəmiyyətə ciddi ziyan verir. Zərərli vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birgə işləməlidir.
Məktəbdə “Zərərli vərdişlərə birlikdə yox deyək” layihəsi çərçivəsində valideynlər üçün seminar təşkil edildi. Valideynlərə zərərli vərdişlərin fəsadları barədə, cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlar haqqında geniş maarifləndirici məlumat verildi.