Xocalı soyqırımı – 32 il
Fevralın 26-da Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə "Xocalı soyqırımının 32 -ci ildönümü”-nə həsr olunmuş tədbirlər planı hazırlandı və plana əsasən silsilə tədbirlər həyata keçirildi. Birinci dərslər “Xocalı soyqırımı”-na həsr olundu.
Məktəbin tarix müəllimi Arzu Quliyevanın təşkilatçılığı ilə “Xocalı soyqırımının 32-ci ildönümü” nə həsr olunmuş ədəbi – bədii kompozisiya keçirildi. Tədbirdə VII-VIII siniflər iştirak etdi.Tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımına aid şeirlər,bayatılar səsləndirildi, müxtəlif səhnəciklər səhnələşdirildi.
Əl işlərindən ibarət sərgi təşkil edildi, divar qəzetləri buraxıldı.