Narkomaniyaya yox deyək !

  Müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri də bəşriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır.Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, külli miqdarda pul vəsaiti tələb edən bir prosesdir. Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır. Narkomaniyanın Azərbaycanda qarşısının alınması üçün ilk növbədə vacib olan tədbirlərdən biri, ölkədə qeyri-qanuni yolla dövriyyədə olan narkotiklərə nəzarət və narkomanların təqribi də olsa qeydiyyata alınmasıdır. Son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq muhafizə orqanları ilə yanaşı,digər təşkilatlar da bir sıra işlər görür.Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar.

   Bu məqsədlə də fevralın 22-də məktəbdə Nəsimi Rayon Polis İdarəsi ilə birgə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirildi. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır. Tədbirdə Nəsimi rayon Polis İdarəsi rəisi polkovnik-leytenant Mirnemət Mirbabayev, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları, məktəbin direktoru Kifayət Tanrıverdiyeva, şagirdlər və müəllimlər iştirak etdilər.

   Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi