ADA Universtetinin tələbələri məktəbimizdə oldular
22 aprel 2016-cı il tarixdə ADA Universtetinin "Biznesin idarə edilməsi" fakültəsinin bir qrup tələbəsi "The Right Way team" layihəsi ilə məktəbimizdə oldular. Onlar 4b sinif şagirdləri ilə görüşərək "Yol hərəkəti qaydaları və onlara düzgün riayət etmək" haqqında informativ prezentasiyalar etdilər. Şagirdlərlə "Yol hərəkəti qaydaları”na aid viktorinlər və interaktiv oyunlar keçirdilər. Sonda məktəblilərə "Yol hərəkəti qaydaları”na aid broşürlər payladılar.