Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları

Azərbaycan Respublikasının təhsil nazirinin 20 iyun 2014-cü il tarixli 738 nömrəli əmri ilə təsdiq edilmişdirUşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə (bundan sonra - məktəblərə) şagirdlərin qəbulu və təhsil müddətində şagirdlərin ölkə daxilində, habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi ilə bağlı məsələləri tənzimləyir.I. Şagirdlərin məktəblərə qəbulu 1.1. Məktəblərə şagirdlərin kütləvi qəbulu I və X siniflər üzrə aparılır. 1.2. Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. 1.3. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır. Komissiyanın iş günləri elan formasında valideynlərin (digər qanuni nümayəndələrin) diqqətinə çatdırılır. 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. 1.5. Ümumtəhsil məktəbinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə bağlı zəruri tədbirləri həyata keçirir. Məktəbin I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidməti ərazisində yaşayan uşaqlar qəbul olunurlar. 1.6. Üzrlü səbəb olduğu halda (xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə olması), dərs məşğələlərinin başlandığı tarixdən 1 (bir) ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparılmır. 1.7. Uşağın I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - doğum haqqında şəhadətnamənin surəti; - uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); - 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil. Ərizədə uşağın təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir. 1.8. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir. 1.9. Məktəbəhazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilirlər. 1.10. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilir. 1.11. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxuması yolverilməzdir. 1.12. Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul edilməyən 8 yaşdan yuxarı uşaqların təhsilə cəlbi “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun həyata keçirilir. 1.13. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır. 1.14. Məktəbin X sinfinə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında həyata keçirilir. 1.15. Övladının bu və ya digər sinfə qəbulu barədə valideynin ərizəsi ÜM-1 hesabat formasının təsdiqindən sonra verilərsə, həmin şagird məktəbə yeni gələn şagird kimi rəsmiləşdirilir. 1.16. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Şagird digər xarici dil tədris olunan məktəbin X sinfinə bu ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa bir tam orta məktəb olmadığı halda qəbul edilir. 1.17. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. 1.18. Məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir. 1.19. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun aparılır.II. Şagirdlərin yerdəyişməsi 2.1. Ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir: 2.1.1. Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə cari qiymətlər barədə oxuduğu məktəbin direktoru tərəfindən verilmiş arayış) əlavə olunur. 2.1.2. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə (digər qanuni nümayəndəyə) şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. 2.1.3. Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun kontingentdən xaric edilməsi barədə əmr verilir. 2.2. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir. 2.3. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər. 2.4. Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir. 2.5. Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilir. 2.6. Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq verilir: - yaşayış yeri ərazisində (kənd, qəsəbə, rayon, şəhər) yerləşən digər məktəbə keçdikdə; - ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə; - valideynlərin (digər qanuni nümayəndələrin) uzun müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə; - müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda. 2.7. Dərs ilinin ikinci yarımilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır. 2.8. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış (hərbi, idman, müsiqi və s.) məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir. 2.9. Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir .III. Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi 3.1. Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında verilir. 3.2. Məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir. 3.3. Həmin şagird müəyyən müddətdən sonra geri qayıtdıqda onun məktəbə qəbulu bu Qaydaların 3.4-cü bəndinə uyğun həyata keçirilir. 3.4. Azərbaycan Respublikasından kənarda yaşayan şəxslər Azərbaycan Respublikasına gəldikdə onların rus və ya gürcü dillərində təhsil alan övladlarının köçdükləri ərazidə məktəbə qəbulu aşağıdakı qaydada həyata keçirilir: 3.4.1. I - IX sinif şagirdinin valideyni (digər qanuni nümayəndə) övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli və ya fənlər üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur. 3.4.2. Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir. 3.4.3. Təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda: 3.4.3.1. I - IV siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır; 3.4.3.2. V-XI siniflərdə oxuduğu iddia edilən şagirdin hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanlarının təqdimatı (yaxud valideynin ərizəsi) əsasında Təhsil Nazirliyində xüsusi tapşırıq və testlər vasitəsilə yoxlanılır və yazılı rəy yerli təhsili idarəetmə orqanına göndərilir. Həmin rəy şagirdin müvafiq sinfə qəbulu və ona yeni şəxsi iş açılması üçün əsas sayılır. 3.5. Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, I - V sinif şagirdləri tədris Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır. 3.6. Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir. 3.7. Xarici ölkələrdə Azərbaycan Respublikasının məktəblərindəki tədris dillərindən fərqli dildə təhsil almış uşaqların Azərbaycan Respublikasının dövlət məktəblərinə qəbuluna valideynlərin (digər qanuni nümayəndələrin) və şagirdlərin arzularına əsasən, yalnız uyğun tədris dillərindən biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda, Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılıb razılıq verilir.
 Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları (157.8 KB)
HAQQIMIZDA
151 nömrəli tam orta məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə 1988-ci ilədək tədris yalnız rus dilində olmuş, 1988-ci ildən isə Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hazırda məktəbdə tədris hər iki dildə - Azərbaycan və rus d...
BİZİM FƏXRLƏRİMİZ

Azad Vəliyev Mənsur

Famil İsgəndərov Amil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi