APREL DÖYÜŞLƏRİ TARİXİMİZİN ŞANLI SƏHİFƏSİDİR

     Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. 2016-cı ilin aprel ayında qazanılan bu qələbə Qarabağ müharibəsi tarixində mühüm dönüş nöqtəsi oldu. Belə ki, Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazinin azad edilməsi və daha çox ərazinin əməliyyat baxımından ordumuzun nəzarəti altına keçməsi aprel döyüşlərini qızıl hərflərlə tarixə yazdı.

    Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar olaraq F.Rzayev adına 150 nömrəli tam orta məktəbdə tədbir keçirildi.Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdilər. Tədbirin açılışında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra döyüşlər barədə geniş məlumat verildi. Məktəbimiz şagirdlərinin ifasında şeirlər və mahnılar səsləndirildi. Döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimiz haqqında  slayd göstərildi. Həmçinin tədbir iştirakçılarına “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı sənədli filmi nümayiş olundu. Biz inanırıq ki, tezliklə işğal altında olan torpaqlarımız tamamilə azad olunacaq və bu şanlı qələbəmizə həsr olunmuş neçə belə tədbirlərimiz Qarabağda keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi