"Molla Nəsrəddin"

7 aprel 2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İmamverdiyeva Zöhrə tərəfindən Molla Nəsrəddin jurnalının nəşrə başlamasının 119-cu il dönümü ilə əlaqədar maarifpərvər tədbir keçirilib.Tədbirdə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan jurnalın ədəbiyyat tariximizdəki yeri,qaldırdığı və həllinin vacib hesab edildiyi məsələlər vurğulanıb.İlk şəkili jurnalımızdaki karikaturaların mənasına aydınlıq gətirildikdən sonra Molla Nəsrəddin ədəbi məktəbinin nümayəndələrinin əsərlərindən bədii nümunələr şagirdlərin və müəllim təqdimatında dinlənilib.Videoçarxlar vasitəsilə dövrün ədəbi mənzərəsi əyani göstərilərkən,jurnalın ədəbiyyatımıza gətirdiyi yeniliklər də xatırlanıb.