FƏXRİMİZ

Akif Qambayzadə

Qambayzadə Akif Əbdürrəhman oğlu 1947-ci ildə,avqustun 2-də Bakıda anadan olmuşdur.O ,1954-cü ildə 148 nömrəli məktəbə gedib.Onun ən çox sevdiyi fənn riyaziyyat idi.

1965-ci ildə o,məktəbi gümüş medalla bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika- riyaziyyat fakultəsinə qəbul olub.Burada o böyük maraq və sövqlə oxumaqla bərabər,həm də müsbət mənada öz dəcəlliyi ilə ,yumorları ilə tanınmışdır.O, keçmiş ittifaqın müxtəlif şəhərlərində Yuliy Qusmanın rəhbərliyi altında müvəffəqiyyətlə çıxış etdiyi  Universitetin "Şən və hazırcavablar"komandasının üzvü idi.Akif Qambayzadə 1970-ci ildə  Universiteti bitirərək, iki il Ermənistan və Gürcüstanda tank qoşunları leytenantı rütbəsi ilə xidmət etmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra,o,Azərbaycan baş enerjisinin hesablama mərkəzində mühəndis  proqramlaşdırıcı,kondisioner zavodunda Azər elektrik term-də və.s.yerlərdə işləmişdir. O.komputerin əsl vurğunu idi və bunun xalq təsərrüfatının və elmin sahələrində tətbiqi və inkişafı üçün bilik və bacarığını əsirgəmizdi.A.Qambayzadə həmişə yarı zarafat-yarı ciddi "Siz mənimlə hələ çox fəxr edəcəksiniz"-deyərdi.

Qarabağda baş verən ziddiyyətli hadisələr başlayərkən Akif özünü kənarda hiss edə bilməzdi.O, bizim uğursuzluqlarımızı görəndə  bərk narahat olur və heç cür başa düşə bilmirdi ki,orada nələr baş verir ,ele buna görə də hər şeyi dərindən bilmək, öyrənmək məqsədi ilə gedib hər şeyi öz gözləri ilə görməyi qərara aldı.Xocalı faciəsindən sonra  Akif elə bil tamam dəyişmişdi.O,arıqlamış,əhvalı pozulmuş həmişə gülər gözlərini kədər bürümüşdü.O,acı kədərlə deyərdi: görünür mən özüm Qarabağa getməsəm,müharibə qurtarmıyacaq.Müharibə zamanı sən harada olmusan??? - Deyə balalarım xəbər alanda mən onlara necə cavab verərəm? Mən onların gözünə dik baxmalıyam.O, ikinci dəfə özünün həkim həyat yoldaşı ilə hərbi komisarlığa gedib özünün könüllü yola salınmasını xaiş edəndə ona etiraz etmişdilər.45 yaşlı baş leytenant,görmə qabiliyyəti -5- olan adamı aparmaq - bu düzgün deyil.

Nəhayət,1992-ci il iyul ayında çağırış vərəqəsi aldı və Qusardakı №-li hərbi hissəyə yolda düşdü.1992-ci il 4 oktyabrda gecə onların hamısını təcili surətdə qatara oturdub,o zaman qaynar nöqtə olan Laçın sərhədlərinə - Qubadlıya yola saldılar.

Başqaları ilə birlikdə Akif də mühasirəyə düşdü.İki gündən sonra çox çətin vəziyyətdə mühasirədən xilas ola bildilər,hətta bu anlarda o, özünü itirmədi deyirlər.

Gecələr o, əlində avtomat tənha çıxar nə isə diqqətlə izləyərdi.Mühasirədən  xilas olandan sonra  aydın oldu ki,nəyi isə izləyirmiş.Aşkar oldu ki,harada isə erməni BMP-si elə vəziyyətdədir ki,onu aparmaq olar.Yorğun olmasına baxmayaraq,uşaqlardan biri dilə tutub özü ilə getməyə razı saldı.Qalan uşaqlar xəbərdarlıq etdi ki,səhvən onlara güllə atmasınlar və o,qəniməti ələ keçirməyə getdi.Onlar uzun müddət görünmədilər.Uşaqlar qərara aldılar ki,onlar daha gəlməyəcəklər.

Akif böyük sevinclə qənimət ələ keçirdiyi tank üzərində öz dostlarına yaxınlaşarkən,onu azğın düşmən gülləsi yaxaladı.

O,1992-ci il oktyabr ayının 7-də  qəhrəmancasına şəhid olur.

Akifin son sözləri bu olur:"Eynəyimin şüşələrini silin,mən heçnə görmürəm"- illər keçəcək bizim Qarabağ torpaqlarında sakitlik və əmin amanlıq olacaq.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 148 nömrəli tam orta məktəb Akif Qambayzadənin adını daşıyır. Məktəbdə onun büstü qoyulub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi