"Məktəbdə bir gün"

Ümumtəhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsdilə hər gün məktəbdə bir sıra tədbirlər həyata keçirilir.Səhər saat 07:30-dan sıra düzülüşü təşkil olunur.Şagirdlər məktəbyani ərazidə vətənpərvər mahnıların sədası altında qarşılanır.5 dəqiqə səhər idmanı təşkl olunur.Azərbaycan Respublikasının dövlət Himni səsləndirilir,müəllim və şagird kollektivi bərabər himni söyləyir.Daha sonra şagirdlərin məktəb binasına daxil olması müəllim müşayəti ilə həyata keçirilir.