"Son zəng"

14 iyun 2025-cü il tarixində məktəbdə "Son zəng"tədbir keçirildi.Tədbir 10:00-da başladı.Şəhidimizin əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə davam etdi.Məktəbimizin şəhid məzunu İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov və məktəbin direktoru Esmira Babayeva məzunları və onların valideyinlərini təbrik etdilər.Daha sonra söz məzunlara verildi.Onlar öz çıxışları ilə tədbirə xüsusi rəng qatdılar.Sonda məktəbin "bilik açarı" 1-ci sinif şagirdlərinə təqdim olunaraq məzunlarımız üçün "Son zəng"çalındı.