FƏXRİMİZ

     Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il 05 iyunda Qax rayonunun Qaşqaçay kəndində dünyaya gəlib. O, 1980-ci ildə Bakı şəhəri Qaraçuxur qəsəbəsindəki 104 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub, 8-ci sinifi bitirdikdən sonra 5 saylı orta texniki-məktəbində təhsilini davam etdirərək dülgərlik sənətinə yiyələnib. İdmanın bir neçə növü ilə mükəmməl məşğul olurdu. 1988-ci ildə gənclər arasında keçirilən sərbəst güləş üzrə Bakı şəhər birinciliyində II yeri tutub. 1992-ci ildə 26 mayda həqiqi hərbi xidmətə çağrılıb, Zabratdakı ilk hərbi vertalyot eskadrilyasında xidmət etməyə başlayıb. Qarabağ müharibəsinə də elə oradan gedib. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə əməliyyatı yerinə yetirərkən qəhrəmancasına həlak olub. Şəhidlər Xiyabanında dəfn olunub. 

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 146 nömrəli tam orta məktəb Cavanşir Rəhimovun adını daşıyır. Məktəbdə onun büstü qoyulub. Qaraçuxur qəsəbəsində Cavanşir Rəhimov adına mədəniyyət və istirahət parkı var. Haqqında məqalələr yazılmış bir neçə kitabda tərcümeyi - hal xarakterli məlumatlar verilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi