HAQQIMIZDA

        Bakı şəhəri C.Rəhimov adına 146 nömrəli tam orta məktəbin I binası 1961-ci ildə, II binası isə 2015-ci ildə istifadəyə verilmişdir. Məktəb 1520  şagird yerlikdir. I bina 4 mərtəbədən, II bina 3 mərtəbədən ibarət olan məktəb binasında 83 otaq vardır. Məktəbdə 1498 şagird 57 sinifdə, bir növbədə təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə məktəbdə 97 müəllim məşğul olur. Məktəbdə kimya, biologiya, fizika fənn laboratoriyaları və 5 informatika kabineti fəaliyyət göstərir. Məktəbdə 4 ədəd mimio, 11 ədəd ağıllı löhvə vardır, 61 ədəd stolüstü kompüter və 213 ədəd noutbook vardır. Məktəbdə 2019-2020-ci tədris ilindən "Rəqəmsal bacarıqlar", 2021/2022-ci tədris ilindən isə "İcma əsaslı təhsil" layihəsi həyata keçirilir. Məktəbin I  binası  2012-ci ildə əsaslı surətdə təmir olunmuşdur. Məktəb 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Son 10 ildə məktəbin 25-dən çox məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 2020/2021-cı tədris ilində 1 şagirdimiz 610 bal toplamışdır. 5 nəfər məzun isə prezident təqaüdünə layiq görülmüşdür.  Dəfələrlə məktəbin şagirdləri fənn olimpiadalarında müxtəlif yerləri tutaraq diplom almışlar. 30-dan çox şagird son 10 ildə rayon, şəhər, respublika və beynəlxalq idman yarışlarında iştirak edərək 1-ci və 2-ci dərəcəli diplomlar almışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi