“ Bullinq ilə mübarizə” mövzusunda maarifləndirici seminar keçirildi

26.11.2019-cu il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Pakizə Seyidovanın təşkilatçılığı ilə V-XI sinif şagirdləri arasında “Bullinq ilə mübarizə” mövzusunda maarifləndirici seminar keçirildi. Bullinqin səbəblərindən, formalarından, müdafiə yollarından danışılan seminarda şagird müzakirələrinə geniş yer verilmişdir. Seminarı təşkil etməkdə əsas məqsəd ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zoraklıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.